"Paşinyan kapitulyasiya aktını dövlət adından məsuliyyət daşıyaraq imzalayıb" - NURLAN QƏLƏNDƏRLİ

2023-08-22 13:08:06

"Yəni bu, hakimiyyətdə hansı qüvvənin, istər hazırkı iqtidarın, istərsə də revanşistlərin, keçmiş cinayətkar hərbi qruplaşmanın, yer almasından asılı olmayaraq, dövlət qarşısında öhdəlikdir"

"Son günlər Ermənistanın daxili siyasi kuluarlarında və bir sıra ermənipərəst informasiya resurslarında "ölkədə hakimiyyət dəyişikliyi olsa, yeni iqtidar üçtərəfli bəyanatın icrasından imtina edəcək" kimi əsassız fikir səsləndirilir. Hətta təəssüflər olsun ki, sosial şəbəkənin Azərbaycan seqmentindəki bəzi istifadəçilər də bu absurd iddianı təkrarlamaqla və təbliğ etməklə məşğuldurlar". "Hürriyyət" xəbər verir ki, bunu politoloq Nurlan Qələndərli bildirib.

Politoloq hesab edir ki, bu, bütün cəbhələrdə məğlubiyyətə uğramış Ermənistanın növbəti informasiya təxribatıdır: "İkincisi isə 9 bənddən ibarət bu bəyanatın icrası Ermənistan hakimiyyətinin deyil, dövlətinin siyasi öhdəliyidir. Yəni bu, hakimiyyətdə hansı qüvvənin, istər hazırkı iqtidarın, istərsə də revanşistlərin, keçmiş cinayətkar hərbi qruplaşmanın, yer almasından asılı olmayaraq, dövlət qarşısında öhdəlikdir. Başqa sözlə, məğlub ölkənin baş naziri Nikol Paşinyan onlar üçün kapitulyasiya aktı olan bu sənədi hakimiyyət deyil, dövlət adından məsuliyyət daşıyaraq imzalayıb".

Nurlan Qələndərlinin sözlərinə görə, sənəd yerinə yetirilmədiyi təqdirdə, məcburetmə tədbirləri həyata keçiriləcək: "Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134240