Paşinyan iqtidarı: "Gerbimizə Ağrı dağı yox, Everestin də şəklini qoysaq, fərqi yoxdur, dövlətçiliyimiz olmayıb"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın aparatının sədr müavini Taron Çaxoyan erməni xalqının əsrlərlə dövlətçiliyinin olmadığını bəyan edib.
Taron Çaxonyan "Feysbuk" səhifəsində yazıb: "Bizim Ararat (Ağrı dağı - red.) dağının təsvirini Ermənistan Respublikasının gerbindən silməyə hazırlaşdığımız barəsində ittihamlar səsləndirilir. Ermənistnın gerbində hətta dünyanın ən hündür dağı olan Everestin təsviri olsa da, reallıq dəyişməyəcək.
Dövləti tostlarla dəstəkləmirlər, dövləti mübaliğəli danışıq və pafosla qurmurlar, Vətəni bayraq yandırmaq və qaldırmaqla xilas etmirlər.
Söhbət Ermənistan Respublikasının dövlət simvollarından gedəndə daha ədəbli olmalıyıq. Onlar xalqın yox, dövlətin simvollarıdır. Ermənistan Respublikasının gerbi əsrlərlə dövlətçiliyi olmadan yaşamış erməni xalqının yox, Ermənistan Respublikasının simvoludur".
Hürr Tərcüman
