Paşinyan ilə Bərzani arasında görüş olub

2023-02-17 22:11:00

Paşinyan ilə Bərzani arasında görüş olub

Hurriyyet.az “Aysor.am” saytına istinadla xəbər verir ki,  Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Şimali İraq Kürd Muxtariyyətinin Prezidenti Neçirvan Bərzani arasında görüş olub. Bu barədə açıqlamanı Ermənistan hökumətinin mətbuat xidməti verib.

Tərəflər ticari-iqtisadi əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, ikitərəfli ticarət dövriyyəsininhəcmi ildən ilə artmaqdadır. Bu baxımdan biznes əlaqələrinin genişlənməsinin və inkişafının vacibliyi vurğulanıb.

Regional əhəmiyyətli digər mövzuların da müzakirə edildiyi bildirilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.197375