Saat:09:57
Haqqımızda

Paşinyan hökumətinin əleyhdarları həbs edilir - 14 nəfər saxlanıldı

2025-06-25 17:16:01

Paşinyan hökumətinin əleyhdarları həbs edilir - 14 nəfər saxlanıldı

Hurriyyet.az xəbər verir ki, Ermənistanda dövlət çevrilişi cəhdi ilə bağlı açılan cinayət işi çərçivəsində 14 nəfər həbs edilib.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat verib. Bu gün səhər saatlarından bəri ölkə ərazisində 90-dan çox axtarış aparılıb. Axtarışlar zamanı silahlar, dövlət çevrilişi cəhdi ilə bağlı hərəkət planları, təsir altına düşnüş şəxslərin siyahıları, radioəlaqə vasitələri, dronlar,  narkotik  təsirə malik olduğu hesab edilən bitkilər aşkar edilərək müsadirə olunub.
Dövlət çevilişi planının baş tutmasından sonra əsas dövlət postlarına kimlərin təyin ediləcəyi ilə bağlı siyahılar da aşkara çıxıb.
İstintaqın gedişində prokuror 16 şəxsin həbs edilməsi ilə bağlı qərar verib - onlardan 14 nəfəri artıq saxlanılıb.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.177981