Saat:07:34
Haqqımızda

Paşinyan hökuməti separatçılara qarşı

2025-07-16 12:42:44

Paşinyan hökuməti separatçılara qarşı

Hurriyyet.az xəbər verir ki, Paşinyan hökuməti Əbu-Dabidəki görüşdən sonra Qarabağ separatçılarına zərbə vurub.
Ermənistanın Baş prokurorluğu məhkəməyə müraciət edərək, 2017-ci ildə qondarma "Artsax"ın İrəvandakı "nümayəndəliyi" binasının sənədləşdirilməsini qanunsuz hesab etməyi tələb edib. Cavabdeh qismində Kadastr üzrə Dövlət Komitəsi çıxış edir. 
Qarabağdakı separatçı rejim 2023-cü ilin sentyabrında özünü buraxsa da, onun nümayəndələri revanşçı bəyanatlarla çıxış etməyə davam edirlər. 
Mətbuatın iddiasına görə, Bakı Əbu-Dabi görüşündə İrəvanən qarşısında bu məsələni qaldırıb.
Hürr Tərcüman