Saat:14:53
Haqqımızda

Paşinyan hökuməti Koçaryan ailəsinin 6,9 milyon dollarlıq əmlakını müsadirə edəcək

2024-10-11 11:30:19

Paşinyan hökuməti Koçaryan ailəsinin 6,9 milyon dollarlıq əmlakını müsadirə edəcək

Hurriyyet.org xəbər verir ki, Ermənistan prokurorluğu ölkənin ikinci prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryanla həyat yoldaşının daşınmaz əmlaklarını müsadirə etmək niyyətindədir. Bu barədə "Sputnik Ermənistan" agentliyi məlumat verib. Söhbət ümumilikdə 2,7 milyard dram (6,9 milyon dollara yaxın) qiyməti olan 14 ədəd  daşınmaz əmlak obyektindən gedir. Prokurorluq artıq müvafiq iddia ilə məhkəməyə müraciət edib.

Robert Koçaryan özü isə 2008-ci il 1 mart tarixli hadisələrdə ittiham edilir. Sentyabr ayında ona qarşı cinayət işi yenidən qaldırılıb. Həmin tarixdə prezident seçkilərindən sonra səsvermənin nəticələrinə qarşı birinci prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə keçirilən kütləvi etirazlar zamanı 10 nəfər həlak olmuşdu.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199883