Saat:02:19
Haqqımızda

Paşinyan hərbi məzarlıqda təhqirlə qarşılandı

2023-01-28 11:33:00

Paşinyan hərbi məzarlıqda təhqirlə qarşılandı

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün səhər İrəvanda “Yerablur” hərbi panteonuna səfər edib. 

Hurriyyet.az xəbər verir ki, Paşinyanın səfəri ölən erməni hərbçilərin yaxınları və valideynləri tərəfindən etirazla qarşılanıb. 

Paşinyanı təhqirlərlə qarşılayan valideynlər onu “satqın” və “ermənilərin qatili” adlandırıblar. 

Bununla yanaşı, panteona gələn Ermənistanın müdafiə naziri Suren Papikyan da təhqir və söyüşlərlə qarşılanıb. 

Portal yazır ki, gecədən hərbi məzarlığa çox sayda polis əməkdaşı cəlb olunub. Onlar Paşinyanın səfəri ilə əlaqədar olaraq, valideynlərə öz yaxınlarının məzarını ziyarət etməyə icazə verməyib.

Qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR