Paşinyan: "Hər iki sənədi eyni gündə imzalamağı təklif edirəm"

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı gün ATƏT-in Minsk qrupunun ləğv edilməsini təklif edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə belə bir bəyanatla çıxış edib. Paşinyan sülh müqaviləsinin imzalanacağı gün ATƏT-in Minsk qrupunun ləğv edilməsi təklifini irəli sürüb.
Ermənistan hökumətinin başçısı erməni tərəfinin Azərbaycanın Minsk qrupunu ləğv eləmək tələbinin səbəbini anladığını qeyd edib. O, Ermənistan-Azərbaycan münaqişəsi başa çatdığı üçün əsas vəzifəsi münaqişəni nizamlamaq olan formatın öz əhəmiyyətini itirdiyi fikrinə şərik olduğunu deyib.
Paşinyan deyib: "Sülh müqaviləsini imzalayan kimi, ATƏT-in Minsk qrupunu ləğv eləməyi təklif edirik. Yəni hər iki sənədin eyni gündə imzalanmasını təklif edirik".
Hürr Tərcüman
