Paşinyan: “Evimi yaxşı qiymətə sata bilsəydim, təzəsini alardım”

“Varçapet”dən əmlak dəllallığı ilə bağlı təkliflər
Hurriyyet.az xəbər “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Müdafiə naziri Suren Papikyanın 412 min dollarlıq evi hansı vəsaitlə aldığı barəsində suala cavab verərkən deyib: “Siz deyirsiniz ki, Müdafiə nazirinin evinin qiyməti 412 min dollardır. Lakin o, həmin mənzili 168 min dollara alıb. Sizə bir təklifim var. Əgər doğrudan da haqlısınızsa, o zaman bankla danışıqlar aparıb həmin evi 300 min dollara alın və 400 minə satın. Əgər doğrudan da onu, 400 000 dollara sata bilsəniz, 100 000 dollar xalis gəlir əldə etmiş olacaqsınız”.
Paşinyan özünün də yeni mənzil almaq istədiyini, amma köhnəsini sərfəli qiymətə sata bilmədiyini deyərək gileylənib. Baş nazir deyib: "İndi yaşadığım mənzili sərfəli qiymətə sata bilsəydim, mən də yenisini alardım".
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya