Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini "ən böyük faciə" adlandırdı
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsini "böyük problem və faciə" adlandırıb.
Paşinyan parlamentdəki çıxışında deyib: "Son illərdə Müstəqillik Bəyannaməsini on dəfələrlə oxumuşam və belə bir dəhşətli nəticəyə gəlmişəm ki, bu Bəyannamənin mahiyyəti Ermənistan Respublikasının mövcud ola bilməyəcəyi deməkdir. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi məsələ real Ermənistanın nə olduğu və kimin onun vətəndaşı olmasıdır. Real Ermənistan vətəndaşı ondan kənarda özünə vətən və yurd axtarmayandır".
Xatırladaq ki, Ermənistanın 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən" qondarma "soyqırımın tanınması”nı dəstəkləyir. Sənəddə həm də Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas “Qərbi Ermənistan” adlandırılılır.
Bundan başqa Bəyannamədə 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair separatçı qərara istinad olunur. Rəsmi Bakı bu müddəaların sülh müqaviləsinə mane yaratdığını bildirir.
Hürr Tərcüman