Saat:07:18
Haqqımızda

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırdı

2024-02-01 21:40:14

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırdı

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə maneə olan amili açıqlayıb.

Baş nazir Ermənistanın İctimai radiosuna müsahibəsində bunu Ermənistanın Müstəqillik Bəyannaməsi ilə əlaqələndirib.

Paşinyan diqqətə çatdırıb ki, Qarabağın adı keçən Müstəqillik Bəyannaməsi sülhə maneədir.

"Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. \\APA 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215791