Saat:05:59
Haqqımızda

Paşinyan Ermənistanı millətçilikdən əl çəkməyə çağırıb

2024-02-02 18:10:18

Paşinyan Ermənistanı millətçilikdən əl çəkməyə çağırıb

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasının dəyişdirilməsi planları ilə bağlı açıqlama verərkən, millətçilikdən və aqressiyadan imtina çağırışları səsləndirib. Paşinyan Ermənistanın İctimai radiosuna müsahibə verərkən simvolik müqayisələr aparmaqla fikrini çatdırıb - "öküzü qəzəbləndirən qırmızı parçanı bir kənara atmağa" çağırıb. 
Paşinyan deyib: "Biz aqressiv mühitdə olduğumuzu bilirik. Bizim vəzifəmiz mühitimizin niyə bizə qarşı aqressiv olduğunu başa düşməkdir". Baş nazir Ermənistan köhnədən imtina etmədikcə, onun gələcəyə yolunun olmadığını söyləyib.
Paşinyan deyib: "Təsəvvür edin ki, eyni yolla gedirik, A məntəqəsindən B məntəqəsinə keçməliyik. Gedirik və yolun hər iki tərəfində buğaların durduğunu görürük. Biz isə başdan-ayağa qırmızı geyinmişik. Üstəlik, qırmızı paltarı artıq həyatda olmayan nənəm tikib. Onu özümə talisman hesab edirəm. Lakin biz o yolu keçməliyik. Bax burada müzakirə aparmalı və birgə qərar verməliyik.
Ermənistan hansı tərəfə irəliləməli olduğu barədə müzakirə aparıb qərarını verməlidi. Qırmızı geyimdən imtina eləmək lazımdır. Onun keçmişdə qaldığını anlamaq və paltarı dəyişərək mövcud mühitə və reallıqlara uyğun geyinmək lazımdır. Yoxsa ölkə, dalanda qalacaq.
100%  təminat verə bilərəm ki, qırmızı geyimdə o yolu keçə bilməyəcəyik. Paltarımızı dəyişəcəyimiz halda yolu keçə biləcəyimiz variantına 100% təminat verə bilmərəm. Lakin o yolu keçməyin bir yolu varsa da, bu, ikinci variantdır".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.195499