Paşinyan Ermənistan və bölgə üçün sülhün formulunu açıqladı

Baş naziri Paşinyan bəyan edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın 29.800 kvadrat kilometr ərazisini (indiki ərazisi) tanıyanda və sonuncu heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığını bəyan edəndə Ermənistan və region üçün sülh gələcək.
Onun sözlərinə görə, sülhə qonşu dövlətlərlə münasibət qurmaqla nail olmaq olar:
▪️ Gürcüstan və İranla əməkdaşlığı dərinləşdirmək;
▪️ Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq.
Ermənistanın baş naziri bu qərarın ölkə vətəndaşları üçün məqbul olub-olmayacağına şübhə edir: “Vətəndaşları razı salmaq Ermənistan hakimiyyətinin funksiyasıdır. Sonuncu onlara rəhbərliyin düşüncə prosesini və motivasiyasını aydın şəkildə çatdırmalıdır. İnsanlar başa düşdükdən sonra bu qərarlarla razılaşacaqlar”.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya