Paşinyan: “Ermənistan iqtisadiyyatı Rusiya iqtisadiyyatına inteqrasiya olunmalıdır”
2021-10-19 17:06:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Rusiya Regionlarası Forumunda çıxış edərkən Ermənistan ilə Rusiya Federasiyasının iqtisadiyyatlarının inteqrasiyasının vacibliyindən danışıb: “Dünya vüsətlə dəyişir və münasibətlərimi bu dəyişikliklərin tələblərinə cavab verməlidir. Biz öz iqtisadi münasibətlərimizi elə təkmilləşdirməliyik ki, onlar ölkələrimizin rəqabətə davamlı iqtisadi inkişafına səbəb olsunlar. Bu köntekstdə iqtisadiyyatlarımız arasında qarşılıqlı yaxınlaşmanı və inteqrasiyanı vacib hesab edirik. Bu yaxınlaşma və inteqrasiya ticarət məhsullarının, xidmətlərin, işçi qüvvəsinin və kapitalin sərbəstliyinə əsaslanmalıdır”.
Hürr Tərcüman