Paşinyan: Ermənistan Aİ-yə daxil olmaq şansı görsə, bu şansı əldən verməyəcək
2024-09-18 12:25:07
"Əgər Ermənistan Aİ-yə daxil olmaq üçün ən kiçik fürsəti görsə və bununla bağlı potensial riskləri idarə edə biləcəyini" başa düşsə, şübhəsiz ki, bu şansdan yararlanacaq. Bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
O eyni zamanda belə fikir də səsləndirib ki, Ermənistan nə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, nə də Rusiya ilə iqtisadi əlaqələri qoparmaq niyyətində deyil.
Ülviyyə, Hurriyyet.az