Paşinyan Ərdoğanla görüşmək üçün Ankaraya gedəcək
2025-06-12 16:56:02

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya gedəcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə erməni KİV-i diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan və Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər.
Report.az
