Paşinyan deyir ki, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır

2021-10-13 12:12:00

Paşinyan deyir ki, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır

Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

Hurriyyet.az xəbər verir ki, Kremlin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Rusiya prezidenti Paşinyana dəvəti qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib.

Putin deyib ki, onlar daim telefonla əlaqə saxlasalar da, üzbəüz görüşlər daha nəticəli olur:

“Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz həm rəsmi, həm də qeyri-rəsmi formatda söhbət edəcəyik. Biz nahar edəcək, hazırkı məsələləri müzakirə edəcək və planlarımız barədə danışacağıq. Bizim tezliklə MDB sammitimiz olacaq. Mən istərdim ki, biz saatlarımızı buna, həm də əlbəttə, regionda bugün üçün və uzun perspektiv üçün tənzimləmə də daxil əsas əməkdaşlıq məqsədlərimizə uyğun quraq”.

Ermənistan baş naziri Nikol Paşinyan görüşün başlanğıcında bildirib ki, belə tez-tez keçirilən görüşlər münasibətlərin dinamikasına və “bizim stateji, müttəfiqlik münasibətlərimizin qarşılıqlı dərk olunmasına” xidmət edir:

“Əlbəttə, təəssüf ki, biz hələlik regionda tam stabilləşmədən danışa bilmirik. Sizin də qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır. Aydındır ki, Rusiya münaqişənin həllində və regionda ümümi təhlükəsizliyin təminatında və ATƏT-in Minsk qrupunun həmsədri kimi əsas rol oynayır. Təbii ki, bütün bu problemlərin hamısı mühümdür. Bunlar əsas məsələlərdir və mən şadam ki, bizim bütün bu gündəliyi müzakirə etmək imkanımız olacaq”.