"Paşinyan dəhliz verməyə razı oldu" - Erməni KİV
“Nikol Paşinyan deyib ki, Ermənistan Bakıya dəhliz vermək istəyir, təbii ki, o, “dəhliz” ifadəsini işlətməyib, yeni – “keçid” ifadəsini işlədib, amma məsələnin mahiyyəti eynidir.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Əslində Nikol Paşinyan Azərbaycana dəhliz verməmək üçün bütün Artsaxı qurban verdi, o, Gorus-Qafan yolundan imtina etdi, lakin bütün bunlardan sonra o, həm də Sünikdən keçməklə Ermənistanın suverenliyinə meydan oxuyacaq dəhliz verməyə razı oldu. Və əgər İrəvan sonda dəhliz vermək tələbi ilə razılaşacaqdısa, o zaman niyə bunu əvvəllər etmədi?
Bir şey aydındır: Paşinyan üçün prioritet dövlətin maraqları deyil, öz gücünün qorunmasıdır. Bu gün dəhliz o gücün qorunub saxlanmasını həvalə edib”, – deyə qeyd olunub.