Paşinyan çevriliş cəhdinin qarşısının alındığını bəyan etdi
2025-06-25 11:18:21

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan onu devirmək cəhdinin qarşısının alındığını bəyan edib.
Paşinyan öz "Teleqram" kanalında İstintaq Komitəsinin bəyanatını dərc edərək yazıb: "Hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal oliqarx "ruhanilərin" Ermənistan Respublikasında hakimiyyəti zorla ələ keçirmək və sabitliyi pozmaq cəhdinin qarşısını alıblar".
Güc strukturlarının əməkdaşları "Müqəddəs mübarizə" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstyanın evində axtarış aparıblar. Keşiş və onun tərəfdarları hakimiyyəti ələ keçirmək üçün terror aktları hazırlamaqda ittiham edilirlər.
Hürr Tərcüman
