Saat:15:36
Haqqımızda

“PAŞİNYAN BU MƏSƏLƏDƏ BAŞ ROL OYNAMAĞA BAŞLAYIB...” – “Məqsədi odur ki...”

2021-07-30 14:15:00

“PAŞİNYAN BU MƏSƏLƏDƏ BAŞ ROL OYNAMAĞA BAŞLAYIB...” – “Məqsədi odur ki...”

İlham İsmayıl: “Azərbaycan Rusiya sülhməramlılarının ərazidə olmasına baxmayaraq, yeri gələndə antiterror əməliyyatı keçirə bilər”

 

 

Sentyabrın 28-də hökumətin iclasında Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyan maraqlı bəyanatla çıxış edib.

O, Azərbaycanı Rusiyanın sülhməramlı missiyasına qarşı təbliğat aparmaqda günahlandırıb və iddia edib ki, Bakı sülhməramlıların mandatını təsdiq edən sənədə imza atmaqdan imtina edib: “Azərbaycan hakimiyyəti hələ də Rusiya sülhməramlılarının mandatını təsdiqləyən sənədə imza atmayıb. Həmçinin, digər hərəkətlər də göstərir ki, Bakı Rusiya sülhməramlı missiyasının Qarabağdakı mövcudluğunda maraqlı deyil”.

Xatırladaq ki, bu barədə ilk dəfə bu ilin yanvarın 8-də eks-prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikanda keçmiş səfiri Mikael Minasyan danışıb. O qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının mandatı Moskvanın hələ noyabrın 9-da hazırladığı üçtərəfli sənədlə tənzimlənir. Keçmiş diplomat iddia edib ki, bu sənədi Rusiya və Ermənistan imzalayıb, amma Azərbaycan imzalamayıb.

 

 

Minasyan Bakının sənədi imzalamaqdan imtina etməsini Azərbaycanın ona sülhməramlıların fəaliyyətini tənzimləyən üç əlavə bəndin daxil edilməsini tələb etməsi ilə əsaslandırılıb:

- "Qarabağda heç bir erməni qoşunu (o cümlədən Qarabağ "müdafiə ordusu) olmamalıdır, belə ki, bu, Azərbaycan torpaqlarıdır. Azərbaycan qoşunları qanuni olaraq, Rusiya qoşunları isə Azərbaycanın razılığı ilə oradadır.

- Ermənistan rəsmilərinin Qarabağa bütün səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır.

- Qarabağın özünüidarə orqanları Bakı və sülhməramlılar ilə razılaşdırılmaqla təyin edilməlidir".

Minasyanın sözlərinə görə, sülhməramlılar faktiki olaraq Bakının hüquqi razılığı olmadan Qarabağdadırlar.

"Azərbaycanla razılaşdırılmamış, amma Paşinyanla artıq imzalanmış sənəd Azərbaycanın əlinə əlavə təzyiq vasitələri verir. Azərbaycanın tələbləri yerinə yetirilmədiyi təqdirdə Bakı sülhməramlıların çıxarılmasını tələb edə bilər", - keçmiş diplomat belə deyib.

O bu məsələnin V. Putin, İ.Əliyev və N. Paşinyan arasında 11 yanvarda keçirilən görüşdə müzakirə olunmayacağını vurğulamışdı.

Paşinyanın açıqlamasını "AzPolitika.info"-ya şərh edən təhlükəszilik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, onun dediklərinin arxa planı yoxdur: "Paşinyan açıq şəkildə Rusiya- Azərbaycan münasibətlərinin korlanması üçün özü baş rol oynamağa başlayıb. Adətən, belə situasiyalarda xüsusi xidmət orqanları müxtəlif təxribatlar törədir ki, tərəflər arasında gərginlik yaransın və bu gərginlikdə maraqlı olan üçüncü dövlət faydalansın. Burada üçüncü dövlət Ermənistandır və maksimum Rusiya ilə bizim münasibətlərin korlanmasına çalışır".

 

 

Ekspert qeyd edib ki, Azərbaycanı Rusiya sülhməramlılarının Qarabağda olmasına qarşı fəal təbliğatda və sülhməramlıların mandatının təsdiq etməməkdə ittiham edən Ermənistan rəhbərinin məqsədi Rusiya hərbiçilərinin uzun müddətə Azərbaycanda olması təbliğatını aparmaqdır: "Dediyi ittihamlar isə birtərəflidir, yəni Azərbaycan rəsmilərinin mövqelərində heç vaxt sülhməramlılara qarşı etiraz olmayıb. Missiyasına uyğun fəaliyyət göstərməyəndə sülhməramlılar bizim KİV-nin tənqid hədəfi olub və olacaq da. 10 noyabr üçtərəfli razılaşmasının rəsmi adı Bəyanatdır. Bəyanatların parlamentdə ratifikasiyası qanunla nəzərdə tutulmayıb və sülhməramlıların da Azərbaycanda müvəqqəti yerləşməsinin konkret nüddəti göstərildiyi üçün belə bir təsdiqə ehtiyac yoxdur.

İ. İsmayılın sözlərinə görə, saxlanılan erməni terrorçularının məhkəməsini dolayısı yolla sülhməramlılarla bağlamağa çalışan Paşinyan bilməlidir ki, Azərbaycan Rusiya sülhməramlılarının ərazidə olmasına baxmayaraq, yeri gələndə antiterror əməliyyatı keçirə bilər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR