Paşinyan: Biz Azərbaycan üçün nəqliyyat əlaqələri təmin etməyə hazırıq
2024-09-10 12:13:31
Ermənistanın baş naziri Nikol Paşinyan “YEREVAN DIALOQU 2024” sammitində çıxış edib. Baş nazir salamlama nitqində bildirib:
“Dünyanın kəsişməsi” layihəsi bizim üçün ona görə vacibdir ki, İranla əlaqələrimiz açıq-aşkar önəmli olan dəmir yolu əlaqəsi əldə etmək imkanı yaradır. Türkiyə, Avropa və Rusiya ilə dəmir yolu əlaqələri qurmaq imkanımız olacaq.
Təbii ki, Azərbaycanın da Türkiyə və İranla dəmir yolu əlaqəsi yaratmaq imkanı olacaq və Naxçıvanla avtomobil və dəmir yolu əlaqələrinin yaradılması da son dərəcə vacibdir. Biz bu cür nəqliyyat əlaqələrini təmin etməyə hazırıq.
Ülviyyə, Hurriyyet.az