Paşinyan: "Bir il səkkiz aydır ki, sərhəddə ölüm hadidəsi baş vermir"
2025-10-27 11:05:18
Hurriyyet.az xəbər verir ki, belə bir açıqlama ilə Ermənistan hökumətinin başçısı çıxış edib. Ermənistanın Baş naziri Nikol Paşinyan deyib: "Bir il səkkiz aydır ki, Ermənistan-Azərbaycan sərhədində bir dənə də olsun erməni əsgəri həlak olmayıb. Əvvəllər ölkə tarixində belə bir dövr olmayıb".
Paşinyan Ermənistanın dövlət büdcəsinin ilk dəfə olaraq dinc şəraitdə müzakirə olunduğunu da qeyd edib.
Baş nazir parlamentdə, 2026-cı il büdcə layihəsinin təqdimatı zamanı deyib: "Təkrarlamaq istəyirəm: 8 avqust 2025-ci ildə imzalanmış Vaşinqton Sülh Bəyannaməsinə uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub".
Hürr Tərcüman
