Saat:23:51
Haqqımızda

Paşinyan biabırçı güzəştlərə hazırdır – Vardanyan

2025-02-19 22:16:28

Paşinyan biabırçı güzəştlərə hazırdır – Vardanyan

Nikol Paşinyan üçün nə dəyər, nə də vətən anlayışı mövcuddur.

Bu barədə Ermənistanın Respublika partiyasının idarə heyətinin üzvü Tiqran Vardanyan feysbuk hesabında paylaşım edib.

“Paşinyan üçün kimə xidmət etdiyi önəmli deyil, əsas odur ki, hakimiyyətdə olsun. Paşinyan Qərbin onun yalan vədlərindən təngə gəldiyini başa düşəndə nə etdi? Moskvaya yanaşmağa başladı, yenidən Rusiyanın ayaqları altında olmağa hazır idi. Bu insan üçün nə dəyər, nə prinsip, nə də vətən anlayışı mövcuddur. Onun tək hədəfi hakimiyyətdə qalmaqdır, hətta bundan ötrü biabırçı güzəştlərə getmək lazım gələrsə belə.

Lakin bu, oyun deyil, bizim dövlətimizin taleyidir. Ey camaat, gələcəyimizi təsadüfi insanların ixtiyarına verə bilmərik”, – Vardanyan yazıb. \\Globalinfo.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.167056