Paşinyan Bakının təklifinə sabah cavab verəcək?
2024-08-31 10:11:24
Ermənistan Baş naziri Nikol Paşinyan 31 avqustda mətbuat konfransı keçirəcək.
Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan deyib.
Qeyd edək ki, rəsmi Bakı Ermənistan XİN başçısı Ararat Mirzoyana COP29-a dəvət məktubu göndərib. Erməni mediası Paşinyanın məzuniyyətdən qayıtdıqdan sonra avqustda keçirəcəyi mətbuat konfransında bu dəvətə cavab verəcəyi haqda məlumat yaymışdı.