Saat:07:58
Haqqımızda

Paşinyan Azərbaycanla razılaşmanı "böyük uğur" adlandırdı

2024-05-16 12:01:19

Paşinyan Azərbaycanla razılaşmanı

Paşinyan: "İlk dəfədir ki, rəsmən delimitasiya edilmiş sərhədimiz var"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı təsviri protokolun imzalanmasını "böyük uğur" adlandırıb.
Bəlli olduğu kimi, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
Görüşün gedişində komissiyalar 2024-cü il 19 aprel tarixli 8-ci iclasda qəbul elədikləri Protokola uyğun olaraq görülmüş işləri müzakirə ediblər və respublikalar arasında Sovet İttifaqı çərçivəsində, SSRİ-nin süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.
Paşinyan sənədin imzalanmasını "böyük uğur" adlandıraraq, "onun Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmlənditilməsi üçün mühüm məqama çevriləcəyinə inandığını" bildirib.
Paşinyan deyib: "Ermənistanın müstəqillik tarixində ilk dəfədir ki, rəsmən delimitasiya olunmuş sərhədimiz var. Bu, təkcə həmin sahədə yox, bütün Ermənistan-Azərbaycan sərhədi perimetri boyunca təhlükəsizlik və sabitlik səviyyəsini yüksəldəcək".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.196748