Paşinyan “Azərbaycanla döyüşməyəcəyik” deyir - Və çevrilişdən qorxur

Azərbaycanın Qarabağda başlatdığı anti-terror əməliyyatı Ermənistanda gərginliyə səbəb olub. Nikol Paşinyan hakimiyyəti isə yaxasını kənara çəkərək, Xankəndindəki qanunsuz hərbi birləşmələrin guya Ermənistana heç bir aidiyyatının olmadığını iddia edib.
Hurriyyet.az xəbər verir ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasını çağıran N.Paşinyan Qarabağ ərazində anti-terror əməliyyatına münasibət bildirib.
Yenə “etnik təmizləmə”, “blokada” və digər cəfəngiyyatlar barədə danışan Baş nazir Ermənistanın “düşünülməmiş addımlar atmayacağını” bəyan edib: “Ermənistan hərbi əməliyyatlarda iştirak etmir... Biz indiki vaxtda heç bir düşünülməmiş addım atmayacağıq”.
Xatırladaq ki, bundan öncə Rusiyanın Qarabağdakı emissarı Ruben Vardanyan Paşinyana müraciət edərək, onu “Qarabağın müstəqilliyini” tanımağa və “öz vətəndaşlarını müdafiə etməyə” çağırıb.
Paşinyan həmçinin, Ermənistanda hakimiyyət çevrilişi təhlükəsi barədə də danışıb: “Müxtəlif yerlərdən Ermənistanda çevrilişlə bağlı çağırışlar səsləndirilir”.
Paşinyan qeyd edib ki, bu cür cəhdlərin qarşısı Ermənistan qanunvericiliyinə uyğun şəkildə alınacaq.
“AzPolitika.info”
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya