Paşinyan: "Azərbaycanla diplomatik əlaqələr qurmaq istəyirik"
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan ilə Azərbaycanın sülh müqaviləsinin mətninin 80%-ni razılaşdırıldığını, İrəvanın sazişi imzalamağa və diplomatik münasibətlər qurmağa hazır olduğunu deyib.
Tbilisidə səfərdə olan Paşinyan deyib: "Demək olar ki, iki ilə yaxın davam edən danışıqlar nəticəsində Azərbaycan ilə Ermənistan sülhün bərqərar olması barəsindəki mətnin mühüm hissəsini - təqribən 80%-ə qədərini razılaşdıra biliblər. Biz Azərbaycana razılaşdırılmış müddəaları yaxın zamanda imzalamağı, diplomatik münasibətlər qurmağı, qarşılıqlı əhəmiyyətə malik bütün məsələlər üzrə danışıqlara davam etməyi təklif etmişik".
Hürr Tərcüman