Saat:17:21
Haqqımızda

Paşinyan Azərbaycanla dialoqu zərurət sayır

2025-11-27 16:14:30

Paşinyan Azərbaycanla dialoqu zərurət sayır

Ermənistanın baş naziri dialoqu Azərbaycanla münasibətlərin normallaşması prosesində zərurət kimi görür.

Hurriyyet.az xəbər verir ki, Nikol Paşinyan azərbaycanlı və erməni ekspertlərin Bakı və İrəvana qarşılıqlı səfərlərini xatırladıb:

"Dialoqun yoxluğu ucbatından Ermənistan vətəndaşları görürlər ki, azərbaycanlıların bəyanatlarında heç nə dəyişməyib, azərbaycanlıların fikrincə, ermənilərin bəyanatlarında heç nə dəyişməyib. 37 illik münaqişə 5 ekspertin iki görüşü ilə dəyişdirilə bilməz; proses olmalıdır".

Xatırladaq ki, noyabrın 21-22-də Bakıda Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçirilib. Bir neçə həftə əvvəl İrəvanda azərbaycanlı ekspertlərin iştirakı ilə analoji müzakirə keçirilib.

Yenisabah.az