Paşinyan: "Azərbaycanla dəmir yolunun bərpasına hazırıq"

2022-12-07 19:24:00

Paşinyan:

Nikol Paşinyan üçtərəfli işçi qrupun Moskvada keçirilən görüşün nəticələrini şərh edib.

Hurriyyet.Az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan baş nazirinin sözlərinə görə görüşdə Yerasx (Arazdəyən)-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun yenidən qurulması məsələsi müzakirə olunub.

“Təəssüf ki, konkret nəticənin olduğunu deyə bilmərəm, lakin bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan bu proqramın həyata keçirilməsinə hazırdır və maraqlıdır. Təklifimiz qüvvədə qalır və Ermənistan dəmir yolunun bərpasına hər an başlamağa hazırdır.

Əvvəllər də fikirlərimizi bildirmişik. Həmin ideyaların ümumi olduğu andan dəmir yolunun bərpasına başlamağa hazırıq”, – deyə Paşinyan əlavə edib.
O bildirib ki, dəmir yolu və avtomobil yolu Ermənistanın qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməli və bu, sənəddə qeydə alınmalıdır.\\Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150035