Paşinyan: "Azərbaycana yazılı təkiflər göndərmişik"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərin suallarına cavab verərkən Ermənistanın sərhədlərin delimitasiya prosesinin davam etməsi üçün Azərbaycana yazılı təkliflər göndərdiyini söyləyib.
Paşinyan deyib: "Azərbaycana prosesin davam istiqaməti və məntiqi ilə bağlı yazılı təkliflər göndərmişik. İndi onların cavabını gözləyirik".
Paşinyanın sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşma məsələlərini, həm də işin davam etdirilməsi üçün konkret əraziləri əhatə edir. İlkin razılaşmaya görə, tərəflər şimaldan cənuba doğru irəliləməyi planlaşdırırlar. İş Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin təmas nöqtəsindən İran sərhədinə doğru aparılacaq.
Baş nazir prosesin dalana dirəndiyini hesab eləmədiyini deyib.
Hürr Tərcüman
