Paşinyan Azərbaycana gələcəkmi? - "Bakı dəvətnaməni Mirzoyana göndərib"
2024-10-25 16:27:01
Hurriyyet.az xəbər verir ki, Ermənistanın XİN rəhbərinin müavini Paruyr Ovannisyan Bakıda keçirilən COP29 konfransında iştirak etmək üçün dəvətnamənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın adına göndərildiyini bildirib. Ölkənin konfransda hansı səviyyədə təmsil ediləcəyi məsələsi Nazirlər Kabinetində müzakirə ediir.
Ovannisyan deyib: "Biz bunu konfransın gündəliyindəki iqlim problemləri, humanitar məsələlərin həlli və sülhün bərqərar olması kontekstində nəzərdən keçiririk. Bütün aspektləri nəzərə alaraq, yaxın zamanda Ermənistanın iştirakının formatı barəsində qərar verəcəyik".
Hürr Tərcüman