"Paşinyan Azərbaycan üzərində üstünlük qazanacağını düşünür" - ELXAN ŞAHİNOĞLU

"Onun iddiasının qarşılığında Azərbaycanın xarici işlər naziri BMT-nin qaçqınlar komissarı qarşısında azərbaycanlıların qovulduqları Xocalıya, Şuşanın kəndlərinə, Xankəndinə və Qarabağın digər məntəqələrə qayıtması məsələsini qaldırmalıdır"
"Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə ermənilərin Şuşa və Hadruta qayıtması mövzusuna toxunub. Paşinyan xarici işlər naziri Ararat Mirzoyana tapşırıb ki, bu məsələni BMT-nin qaçqınlar komissarı qarşısında qaldırsın". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun fikrincə, görünür, Ermənistanın baş naziri beynəlxalq təşkilatlara göndərdikləri şikayətlərin sayını artırmaqla Azərbaycan üzərində üstünlük qazanacağını düşünür: "Paşinyanın iddiasının qarşılığında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da BMT-nin qaçqınlar komissarı qarşısında azərbaycanlıların qovulduqları Xocalıya, Şuşanın kəndlərinə, Xankəndinə və Qarabağın digər məntəqələrə qayıtması məsələsini qaldırmalıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya