Saat:15:15
Haqqımızda

Paşinyan Azərbaycan Prezidenti ilə danışmağa “hazır olduğunu” deyib

2023-09-09 13:19:13

Paşinyan Azərbaycan Prezidenti ilə danışmağa “hazır olduğunu” deyib

Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Hurriyyet.az-un məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon danışığında Laçın yolu ətrafında vəziyyət, “blokada” nəticəsində “Qarabağda dərinləşən humanitar böhran”, “Azərbaycan qoşunlarının Dağlıq Qarabağ ətrafında cəmləşməsi, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyaları ilə bağlı məsələlər müzakirə edilib”.

“Baş nazir Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara və bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə yanaşmaya sadiqliyini təsdiqləyib”-xəbərdə deyilir.

Məlumata görə, prezident Makron sərhədlərdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. “Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”-rəsmi məlumatda vurğulanır. Həmçinin qeyd olunur ki, prezident Makron regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib./musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.275889