Paşinyan ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razı olduğunu bildirib
2025-01-09 14:46:21
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verdiyini bəyan edib.
Onun sözlərinə görə, Ermənistan regionda sülh və sabitliyin bərqərar olması ilə bağlı Azərbaycana təkliflər çərçivəsində Minsk qrupunun ləğv edilməsinə razıdır.
Paşinyan "Feysbuk"dakı səhifəsində Ermənistanın regionda uzunmüddətli sülh və sabitliklə bağlı təkliflərini dərc edib.
Hürr Tərcüman