Saat:08:03
Haqqımızda

"Paşinyan anlayır ki, sülh sazişi imzalanmadıqca bölgədə nisbi sabitlik pozula bilər" - POLİTOLOQ

2024-01-30 12:54:01

"İrəvanın Bakıya təhvil verəcəyi mina xəritələri əvvəlki "xəritələrdən" fərqlənməsə, bunun nisbi sabitliyə heç bir faydası olmayacaq"

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana mina xəritələrini niyə məhz indi təhvil verməyi lazım bilib? Paşinyan görür ki, rəsmi Bakı onun irəli sürdüyü mənasız təklifləri qəbul etmir. Çünki bu təkliflər sülh sazişinin imzalanmasını sürətləndirmək əvəzinə sənədin imzalanmasının yubadılması mahiyyəti daşıyır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun qənaətincə, Paşinyanın rəsmi Bakıya ünvanladığı "gəlin silahlara birgə nəzarət haqqında saziş imzalayaq", "gəlin hücum etməmək barədə pakt imzalayaq" kimi "təkifləri" də bundan xəbər verir: "Ancaq Paşinyan onu da anlayır ki, sülh sazişinin imzalanması uzandıqca bölgədə nisbi sabitlik pozula bilər. Paşinyan isə Ermənistan ordusunun indiki vəziyyətindən narahat olduğunu gizlətmir. Paşinyana ordunu yenidən qurmaq və silahlandırmaq üçün illər lazımdır".

Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan düşünür ki, hədəfinə çatana kimi Azərbaycanı yeni həmlələrdən çəkindirmək lazımdır: "Mina xəritələrinin Azərbaycana təhvil verilməsi bölgədə nisbi sakitliyin ömrünü uzatmalıdır. Ancaq İrəvanın Bakıya təhvil verəcəyi mina xəritələri əvvəlki "xəritələrdən" fərqlənməsə, bunun nisbi sabitliyə heç bir faydası olmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.163611