"Paşinyan Ankaraya istədiyini verdi”- Ohanyan növbəti dəfə hökuməti tənqid edib

2022-09-12 16:35:00

Ermənistanın keçmiş müdafiə naziri, müxalif deputat Seyran Ohanyan Ermənsitanın baş naziri Nikol Paşinyanın Türkiyənin maraqlarına xidmət etdiyini əsas gətirərək, iki ölkə arasında davam edən normallaşma prosesini pisləyib.

Hurriyyet.az xəbər verir ki, Ohanyan bu gün müxalifətin keçirdiyi iclasda Paşinyanı Türkiyə və Azərbaycanın bütün tələblərini qəbul etməkdə günahlandırıb: “Paşinyan Zəngəzur dəhlizi istisna olmaqla, bütün tələbləri qəbul edib. O, Ermənistanın yox, Türkiyənin maraqlarına xidmət edir. Ermənistan ordunun yenidən qurulmasında və diplomatiya sahəsində böyük vaxt itirib”.

Azərbaycanın mövqeyinin gücləndiyini qeyd edən Ohanyan bildirib ki, bundan sonra heç kim “zəif Ermənistanı” ciddi qəbul etməyəcək.

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063509