Paşinyan: Aİ üzvlüyü haqqında qanun Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq
2025-02-12 23:51:23

Ermənistanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı qanun Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq.
Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan deyib.
O eyni zamanda qəbul edilən qanunu balanslaşdırılmış siyasətin sübutu adlandırıb:
“Biz çoxsaylı risklərin olduğunu bilirik. Lakin bu qərar həmin riskləri daha təhlükəli yox, daha idarəolunan edir”.
