Paşinyan Aİ-nin xəbərdarlığına baxmayaraq, Putinin təklifini qəbul etdi

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada, Qızıl Meydanda keçiriləcək, faşizm üzərində qələbənin 80 illiyinə həsr edilmiş paradda iştirak edəcək. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
Onun sözlərinə görə, Böyük Vətən Müharibəsindəki qələbə həm də erməni xalqının qələbəsi olub, həmin müharibədə 300 min erməni həlak olub. Bundan başqa, Simonyan ermənilər müttəfiq orduların tərkibində də döyüşlərdə iştirak etdiklərini deyib.
Simonyan Ermənistan liderinin Qələbənin 80 illiyi ilə bağlı Moskvaya səfərinə Aİ-nin mümkün reaksiyası ilə bağlı suala cavab verərkən deyib: “Paşinyanın mayın 9-da Moskvaya səfəri Aİ və ya digər məsələlərlə bağlı deyil”.
Xatırladaq ki, bir müddət əvvəl Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bildirmişdi ki, bir çox Aİ ölkələrinin nazirləri Avropa İttifaqına üzv olmağa namizəd ölkələrin Moskvada keçiriləcək Qələbənin 80 illiyi ilə bağlı bayram tədbirlərində iştirakına “ciddi yanaşacaqlar”. Kallasın sözlərinə görə, Aİ-yə daxil olmaq istəyən bütün dövlətlər müvafiq xəbərdarlıqlar alıblar.
Hürr Tərcüman
