Paşinyan Aİ müşahidəçilərindən danışdı

2023-02-10 12:23:00

Paşinyan Aİ müşahidəçilərindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı müşahidə missiyasının gətirilməsinə aydınlıq gətirib.

Hurriyyet.az xəbər verir ki, Milli Məclisində  hökumət saatı zamanı o, Aİ müşahidəçilərini Ermənistana sərhəddə sabitliyin bərqərar olması üçün deyil, ona nəzarət etmək üçün dəvət edildiyini bildirib.

Paşinyan əmin edib ki, bu qərarda heç bir geosiyasi kontekst yoxdur. Əsas səbəb odur ki, KTMT-dən fərqli olaraq Avropa İttifaqı Ermənistan Respublikasının ərazisini dəqiq müəyyən edib:

“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ən vacib prinsipial işlərdən birini istədik: Ermənistan Respublikasının onlar üçün nədən ibarət olduğu barədə fikirlərini bizə bildirsin. Lakin bu suala hələ də dəqiq cavab almamışıq. Digər tərəfdən, Avropa İttifaqı müşahidə missiyası bir sıra amilləri mümkün etdi. Məsələn, Praqada keçirilən dördtərəfli görüşün nəticəsi olaraq Aİ Ermənistan və Azərbaycanın razılığı ilə Ermənistanın sərhədlərini açıq şəkildə cızdı. Yəni dedilər ki, bu, Ermənistan Respublikasının xəritəsidir. Biz razılaşdıq, onlar da bunu nəzərə alıb təsdiqlədilər. İndi də həmin əraziyə nəzarət etməyə gəlirlər”.

Daha sonra baş nazir bildirib ki, Qərb tərəfdaşları artıq İrəvana şübhə ilə baxmağa başlayıb:

"Onlar deyirlər ki, aqressiv hərəkətlər edəcəksiniz, çünki orada çoxlu rus və erməni qoşunları var, yəni siz Azərbaycana hücum edəcəksiniz. Ona görə də azərbaycanlılar məcburdur həmin yüksəklikləri götürsünlər. Biz isə dedik ki, çox yaxşı, onda gəlin yerində müşahidə edək, görək hər şey reallığa uyğundur, ya yox”. (yenisabah)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.271820