Paşinyan ABŞ rəsmisilə Azərbaycanla münasibətləri müzakirə etdi

2022-09-10 14:56:00

Paşinyan ABŞ rəsmisilə Azərbaycanla münasibətləri müzakirə etdi

ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Hurriyyet.az xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması müzakirə edilib.

Məlumata görə, tərəflər regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Filipp Rikerin Ermənistana səfəri sentyabrın 10-da başa çatır. Onun Azərbaycana səfəri gözlənilir.

Yenisabah.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063833