“PAŞİNYAN 9-CU BƏNDDƏN İIMTİNA EDİR” - “Məhdud çevrəsinə bildirib ki...”

“Paşinyan öz partiya yoldaşlarının dar çevrəsində deyib ki, 10 noyabr sazişinin 9-cu bəndindən imtina edir”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri özünün hakimiyyətdəki mənbələrinə istinadla yazıb.
“Bir neçə ay əvvəl Nikol Paşinyan partiyadaşlarının məhdud çevrəsinə kommunikasiyaların açılması prosesini müəyyən edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəklərini bəyan edib” – deyə, Paşinyan bildirib.
Qəzet yazır ki, Paşinyan Zəngəzur dəhlizi də daxil olmaqla, Ermənistan ərazisindən keçən kommunikasiya xətlərinə Rusiyanın nəzarət etməsinin əleyhinədir.
10 noyabr sazişinin 9-cu bəndində isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yola Rusiya sərhədçiləri tərəfindən nəzarət edilməsi nəzərdə tutulub. İndi Paşinyan həmin bənddən imtina edir.
Paşinyanın uzun müddətdir ki, buna eyham vurduğunu xatırladan qəzet, 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı hökumət başçısının bunu açıq dilə gətirdiyini yazır.
Ermənistanın Baş naziri həmçinin, sözügedən söhbətdə bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının nəzdində yeni şöbə yaradılacaq.
“Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan əlavə, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalardan keçidi daxildir”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi.
Rəsmi Bakı bir qədər əvvəl Zəngəzur dəhlizinə artıq ehtiyac duymadığını, kommunikasiya xətlərinin İran ərazisindən keçəcəyini bəyan edib
AzPolitika.info
