“PAŞA Kapital”ın mənfəəti niyə azalıb?
.jpg)
"PAŞA Kapital İnvestisiya Şirkəti" 2023-cü ili 2,37 milyon manat xalis mənfəətlə bitirib.
Hurriyyet.az xəbər verir ki, “Yeni Sabah”ın hesablamasına görə, bu, əvvəlki ilə nisbətən 32,3% və ya 1,13 milyon manat azdır.
Şirkət 2022-ci il üzrə 3,5 milyon manat xalis mənfəət açıqlamışdı. Ötən il "PAŞA Kapital"ın gəlirləri artıb, lakin faiz və işçi heyəti üzrə xərclərdəki böyük artım xalis mənfəətin azalması ilə nəticələnib.
2023-cü ildə "PAŞA Kapital”ın faiz gəlirləri 77,6% artaraq 2,04 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə əksinə 15% və ya 996 min manat azalaraq 5,6 milyon manata enib.
Şirkətin haqq və komissiya gəlirləri isə 78,8% artaraq 3,3 milyon manata çatıb (2022-ci ildə 1,85 milyon manat).
Ümumilikdə, investisiya şirkətinin əməliyyat mənfəəti ötən il illik müqayisədə 1,4 milyon manat azalaraq 3,02 milyon manata enib.
"PAŞA Kapital”ın ötən il 47% kiçilib. Belə ki, 31 dekabr 2023-cü il tarixinə investisiya şirkətinin cəmi aktivləri 58 milyon manat azalaraq 65,9 milyon manata enib. Paralel olaraq investisiya şirkətinin öhdəlikləri 113,5 milyon manatdan 52,01 milyon manata enib.
