“Partlayışdan əvvəl Rusiya qazı kəsmişdi...” – Qaz kəmərlərini kim partladıb?

2022-11-19 17:34:00

“Partlayışdan əvvəl Rusiya qazı kəsmişdi...” – Qaz kəmərlərini kim partladıb?

İsveç prokurorluğu Rusiyanın "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərinin təxribat nəticəsində partladıldığını bəyan edib.

Bu açıqlamanı şərh edən tanınmış ukraynalı hərbi bloger Yuri Butusov maraqlı versiyalar irəli sürüb. Ekspert əvvəlcə qeyd edir ki, terror aksiyası bütün zamanların ən təsirli üsullarından biridir. Amma bunu dəqiq kimin edə biləcəyi bəlli deyil, çünki partlayış ərəfəsində sözügedən kəmərlərə qazın vurulmasını dayandıran ruslar olub.

Yuri Butusov daha sonra "Şimal axını-1" və "Şimal axını-2"nin partladılmasının yaratdığı nəticələri qruplaşdırıb:

“Rusiyanın böyük qaz müqavilələrinin dayandırılması, kəmərlərin tikinti xərcləri, partlayış nəticəsində itirilmiş qazın dəyəri daxil olmaqla bu partlayış “Qazprom” üçün 30 milyard dollara qədər birbaşa itkilərə səbəb oldu. İtirilmiş gəlirin nə qədər hissəsi xalis mənfəətdir, bunu hesablamaq mümkün deyil. Nzərə alaq ki, “Şimal axını-2” kəməri hələ istifadəyə verilməmişdi;

Qaz kəmərlərinin sıradan çıxarılması Putini güzəştlər və qaz şantajı ilə Avropaya təsir imkanından məhrum etdi və Rusiyanın əsas siyasi təsir aləti məhv edildi;

Qaz nəqlinin dayandırılmasına görə məsuliyyət tamamilə Rusiyanın üzərinə düşür, çünki partlayış ərəfəsində “Şimal axını-1” ilə qazın nəqlini birtərəfli qaydada dayandıran Rusiya olub. Ona görə də Rusiya heç bir ödəniş almayacaq və zərərə görə hər hansı kompensasiya tələb edə bilməyəcək və bu fakt partlayışda əsas şübhəli tərəfin ruslar olduğuna dəlalət edir. Bu hadisədən sonra Avropa ölkələri diqqətini yeni qaz təchizatçılarına yönəltməyə məcbur olub;

Partlayış Norveçdən Polşaya yeni qaz kəmərinin işə düşdüyü gün baş verib.

Müharibə başlayandan sonra Avropa İngiltərə və Norveçdəki qaz yataqlarından, habelə ABŞ-dan maye qaz tədarükünü dəfələrlə artırıb. Avropaya sata bilmədiyi qazı havada yandırmaq məcburiyyətində qalan Rusiyanın yaxın illərdə enerji sektorundan itkiləri yüz milyardlarla dollar olacaq”.

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.129178