Saat:12:49
Haqqımızda

Partiya sədrindən Məmmədyarova sərt sözlər: “Sən nə ilə yaxşı oğlan olmusan?”

2024-05-03 17:34:30

Partiya sədrindən Məmmədyarova sərt sözlər: “Sən nə ilə yaxşı oğlan olmusan?”

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun yerli KİV-ə verdiyi müsahibə zamanı səsləndirdiyi cavablar geniş müzakirəyə və tənqidə səbəb olub. Keçmiş nazirin “əgər mən yaxşı nazir olmasaydım, 16 il həmin vəzifədə işləməzdim” cavabı isə əməlli-başlı gündəmə çevrilib. Sosial şəbəkələrdə tənqid atəşinə tutulan keçmiş nazir bir çoxlarına görə, fəaliyyəti boyunca demək olar ki, heç bir müsbət işi olmayan məmur kimi yadda qalıb. 

Mövzu ilə bağlı yenisabah.az-a danışan Ağ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, Elmar Məmmədyarov bir nazir kimi heç vaxt müsbət fəaliyyəti ilə seçilməyib: 

“İstənilən sahədə görülən işin tərifi onun nəticəsi ilə hesablanır. Əgər müsbət nəticə varsa, deməli həmin adam faydalı iş görə bilib, yox əgər nəticəsi yoxdursa hansı faydadan söhbət gedə bilər? Elmar Məmmədyarov "yaxşı nazir olmasaydım, 16 il işləməzdim" deməklə əslində bütün məsuliyyəti boynundan atır. Bu isə komanda ruhuna qətiyyən yaraşmayan hərəkətdir. Elmar Məmmədyarovun xarici işlər naziri kimi həll etməli olduğu məsələni, yəni Qarabağ münaqişəsini Azərbaycan Ordusu həll etdi. Qarabağ məsələsindən sonra başlayan siyasi çəkişmələrdə bizi sadəcə Türkiyə, Pakistan və bu qəbildən olan 1-2 dövlət dəstəklədi. Elmar Məmmədyarov 16 illik fəaliyyəti zamanı hansı dövləti Azərbaycana dost edə bildi? Hətta münaqişənin ilk vaxtlarında türkdilli qardaş dövlətlərin belə bəziləri bitərəf mövqedə qalmışdılar”. 

Siyasətçi Elmar Məmmədyarovu sadəcə 2 nüansla xatırladığını vurğulayıb: 

“16 ildə bu adam nə edib? Diplomatik yolla kənd alıb, yoxsa rayon? Sən nə ilə yaxşı oğlan olmusan? 16 il ərzində Elmar Məmmədyarov deyəndə yadıma sadəcə 2 şey gəlir, bir ana dilində əyri-üyrü danışması, bir də oğlanlarına 2 milyona Nyu Yorkda ev alması gəlir. Bu adam 2 şeydən başqa heç nə ilə yadda qalmayıb. Adamda biraz siyasi etika olar, deyər ki, mənə xalq qiymət versin. Ona qalsa, Stalin ondan da uzun müddət vəzifədə işləyib, deməli düzgün çalışıb?” 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.185150