Saat:08:48
Haqqımızda

Parlamentdə yeganə müxalifət lideri bu şəxs ola bilər - FOTO

2024-07-27 09:55:57

Parlamentdə yeganə müxalifət lideri bu şəxs ola bilər  - FOTO

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Həm iqtidarı, həm müxalifəti, həm də bitərəfləri təmsil edən namizədlər tələb olunan imzaları toplayır, marafondan qalib ayrılmaq üçün bütün imkanlarını səfərbər edirlər. 

Hurriyyet.az xəbər verir ki, həmişə olduğu kimi, bu dəfə də seçkinin favoriti hakim Yeni Azərbaycan Partiyasıdır. 125 dairənin hər biri üzrə öz namizədini irəli sürən iqtidar partiyasının Milli Məclisdəki yerlərin əksəriyyətinə iddialı olduğu bildirilir. Hətta bununla bağlı mətbuatda konkret rəqəmlər səsləndirilir. Bir çox siyasi analitik YAP-ın bu dəfə parlamentdə ən azı 75-80 deputatla təmsil olunacağı deyir. 

Qeyd edək ki, iqtidar partiyasından fərqli olaraq, müxalifət budəfəki seçkilərdə bir o qədər də şanslı hesab olunmur. Hakimiyyət oponentlərinin ən yaxşı halda, 3-5 mandatla kifayətlənəcəyi ehtimal edilir. Buna səbəb kimi, müxalifət liderlərinin seçki yarışmasına qatılmaması göstərilir. 

Xatırladaq ki, müxalifətin radikal qanadını təmsil edən AXCP növbədənkənar parlament seçkilərini boykot edir. Müsavat Partiyası marafona ikinci eşalonda təmsil olunan funksionerləri ilə qoşulur. İsa Qəmbər və Arif Hacılı ictimaiyyətə bəlli olmayan səbəblər üzündən parlament seçkilərinə qatılmayıb. Ümid Partiyasının sədri iqbal Ağazadə də analoji qərar verib. ADP sədri Sərdar Cəlaloğlu isə mübarizəni vaxtından əvvəl dayandırıb. 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən marafona qoşulan təcrübəli siyasətçi dünən namizədliyini geri götürüb.

KXCP sədri Mirmahmud Mirəlioğlu mandat qazanmağa ən şanslı namizədlərdən biri hesab olunsa da, rəqibinin YAP-ın vazkeçilməz simalarından biri olması onunla bağlı nikbin fonda danışmağı mümkünsüz edir. 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən Mirəlioğlunun əsas rəqibi, YAP İdarə Heyətinin üzvü Tahir Mirkişilidir. YAP-ın xüsusilə İrəvandakı prinsipial davranışlarından sonra cəmiyyətdə müsbət imic formalaşdırmağı bacaran Tahir Mirkişilini KXCP sədrinə qurban verəcəyi real görünmür. 

İsa Qəmbər, Arif Hacılı, Sərdar Cəlaloğlu, Əli Kərimli, İqbal Ağazadə kimi müxalif liderlərin seçkiyə qatılmaması, Mirmahmud Mirəlioğlunun isə “oxunun daşa tuş gəlməsi” diqqəti ReAL Partiyasının sədri İlqar Məmmədovun üzərində cəmləyib. 

Namizədliyini 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən irəli sürən İlqar Məmmədovun əsas rəqibi Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sayılır. Hakimiyyətin 71 yaşlı Mollazadəni bu dəfə “istirahətə” göndərəcəyi istisna olunmur. 1 sentyabr seçkilərini özünün “sonuncu şansı” adlandıran, seçilməyəcəyi təqdirdə siyasətdən gedəcəyini bəyan edən ReAL sədrinin parlamentdə yeganə müxalifət lideri statusu ilə təmsil olunmaq ehtimalı yüksək qiymətləndirilir. İlqar Məmmədovun Qərblə əlaqələri onun şansını bir qədər də artırır. Hadisələrin inkişafı İlqar Məmmədvu deputat statusu ilə ən azı 5 Azərbaycan siyasətində qalmasının mümkün olduğunu göstərir. (Yenisabah)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.209460