Parlamentdə təmsil olunmayan partiyalara da maliyyə yardımı ayrılacaq

2022-11-21 14:17:00

Parlamentdə təmsil olunmayan partiyalara da maliyyə yardımı ayrılacaq

Azərbaycanda parlament seçkilərində etibarlı səslər qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara maliyyə yardımı ayrılacaq.

Hurriyyet.az bildirir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Layihədə qeyd edilib ki, siyasi partiyanın fəaliyyətinin bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardımı ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur.

Həmin vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanan, lakin qanunverici orqanda təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək.

Qeyd edək ki, bununla bağlı qanunverciilikdə indiyədək hər hansı bir müddəa mövcud deyildi. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.108294