Parlamentdə ictimai dinləmə keçiriləcək - “Siyasi partiyalar haqqında” qanun layihəsinə dəyişiklik edilə bilər

2022-09-08 23:19:00

Parlamentdə ictimai dinləmə keçiriləcək - “Siyasi partiyalar haqqında” qanun layihəsinə dəyişiklik edilə bilər

Sentyabr 28-də Milli Məclisdə yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək.

Dinləmədə parlamentdə təmsil olunan və olunmayan siyasi partiyaların rəhbərləri iştirak edəcəklər.

Müzakirələrin nəticəsinə uyğun olaraq qanun layihəsinə yenidən baxıla bilər.

Ehtimal edilir ki, “Siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir” müddəasına dəyişiklik ediləcək.

Üzvlərin sayının 10 min nəfərə çatdırılması tələbinə də dəyişiklik edilməsi istisna olunmur. \\Pravda.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058244