Saat:15:16
Haqqımızda

Parlament “Müstəqillik Günü haqqında” qanunu qəbul etdi, 1 nəfər əleyhinə səs verdi

2021-10-15 12:30:00

Parlament “Müstəqillik Günü haqqında” qanunu qəbul etdi, 1 nəfər əleyhinə səs verdi

Milli Məclisdə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Birinci vitse-spiker Əli Hüseynli layihə barədə danışarkən bildirib ki, qanun layihəsi çox əlamətdar dövrə təsadüf edir.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, deputat qanunun müstəqilliyimizin bərpasının 30-cu yubiley ilinə və torpaqlarımızın işğaldan azad olunmasından sonraya təsadüf etdiyini xüsusi vurğulayıb və layihənin əhəmiyyətindən danışıb. Ə.Hüseynli müzakirələr zamanı səslənən bir sıra çıxış və təklifləri qiymətləndirdi və redaktə xarakterli müəyyən düzəlişlərin edildiyini vurğulayıb.

Bundan sonra qanun layihəsi səsə qoyuldu və 1 nəfər əleyhinə olmaqla qəbul edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR