Saat:01:20
Haqqımızda

Parislə ABŞ arasında görünməmiş böhran – Fransa səfirini geri çağırdı, Vaşinqton təəssüfləndiyini bildirdi

2021-09-18 11:35:00

Parislə ABŞ arasında görünməmiş böhran – Fransa səfirini geri çağırdı, Vaşinqton təəssüfləndiyini bildirdi

AUKUS  Fransa üçün fəlakətə çevrildi

Hurriyyet.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, ABŞ hakimiyyəti AUKUS alyansının üzvlərinin imzaladığı müqavilə səbəbindən Fransanın Vaşinqtondakı səfirini geri çağırması qərarından təəssüfləndiyini və Parislə fikir ayrılığının aradan qaldırılması üzərində işlədiyini bildirib.

Bəlli olduğu kimi, Fransanın Xarici İşlər naziri Jan İv Le Derian sualtı qayıqların inşası üçün Kanberra ilə bağlanmış müqavilənin pozulmasından sonra ölkənin ABŞ və Avstraliyadakı səfirlərinin məşvərət üçün Parisə geri çağrıldığını bəyan edib.

“Röyters” agentliyi Ağ Evin nümayəndəsinə istinadən xəbər verir: “ABŞ Fransanın səfiri geri çağırmaq qərarına görə təəssüflənir və qarşıdakı günlərdə ixtilafın həlli üzərində iş aparılacaqdır”.

Avstraliya ABŞ və Böyük Britaniya ilə birlikdə müdafiə və təhlükəsizlik sahəsində AUKUS ittifaqına daxil olduqdan sonra sualtı qayıqların inşası üçün Fransanın “Naval Qrup” şirkəti ilə razılaşmadan imtina edib. “Əsrin müqaviləsi” adlanan 90 milyard Avstraliya dolları (56 milyard avro) həcmində razılaşmada Barracuda sinfindən ola 12 hərbi sualtı qayıq istehsal edilməsi nəzərdə tutulurdu. Onun pozulmasının Fransa iqtisadiyyatı üçün şok olacağı bildirilir. Fransanın Xarici İşlər naziri Le Drian sazişin pozulmasını “arxadan zərbə” adlandırıb və etibarın itirildiyini vurğulayıb. Paris həm Avstraliyadan, həm də ABŞ-dan izahat gözləyir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR