Saat:15:51
Haqqımızda

Parisin "göz yaşları" və itirilən 40 milyardlıq bazar

2021-09-17 20:00:00

Parisin

Böyük Britaniyanın ABŞ ilə birgə ən azı 40 milyard dollarlıq hərbi ticarət müqaviləsini ələ keçirərək Parisi Avstraliyadan ataraq Avstraliya sualtı qayıq bazarının itirilməsi Fransa üçün  dərs olacaqmı? Güman ki, yox.

Bir tərəfdən Fransa, yaxın zamanlarda, Trampın dövründə, Səudiyyə Ərəbistanının silah bazarından çıxarıldı və bunu "uddu". Fransyaya qarşı Bayden Trampdan daha pisdirmi? Sarkozi Parisi Şarl de Qollun Fransanı çıxardığı NATO-nun hərbi strukturuna qaytardı. Olland və Makron Rusiya ilə təmaslarda amerikalıların ardınca getdilər.  Bu, "Mistrallar" hekayəsində də baş vermişdi. 17 İyun 2011-ci ildə "Rosoboronexport" və Fransanın dövlət hərbi gəmiqayırma şirkəti "DCNS", Rusiyanın logistika, təhsil və texnologiya transferi çərçivəsində iki "Mistral" sinfinə aid vertolyot daşıyan gəmi satın alınması üçün Fransa ilə müqavilə imzaladı. Müqaviləyə görə, Rusiya üçün ilk gəmi 2014-cü ildə, 2-ci gəmi isə 2015 -ci ildə təhvil verilməli idi. İmzalanmış müqavilənin məbləği 1,2 milyard avro idi. Amma Paris elə Avstraliyanın imtina etdiyi tərzdə müqavilədən imtina etdi.
Avstraliyalıları başa düşmək olar: nüvə sualtı qayıqlarının istehsalı texnologiyasını əldə edirlər. Dünyanın bölünməsində iştirak, bəlkə "pay" da alacaqlar. Burada şəxsi heç nə yoxdur, sadəcə iş məsələsi var. NATO-da da işlər belə gedir. Amerikalılar, İngilislərin işini 2-ci dünya müharibəsindən sonra bitirdikləri kimi, Fransanın gəmiqayırma işini də sərt zərbə ilə  bitirirlər. 
Fransızlar ağlayıb-sıtqayıb dayanacaqlar. Ancaq dayanmasalar da, əhəmiyyəti yoxdur: Vaşinqtonun qurduğu kimi görünən, pərdə arxasında isə ingilis ağlının gözümüzün qabağında, tələm-tələsik Çinə qarşı qurduğu Anqlo-Sakson üçlüyü, Fransa istehsalçılarının münasibətləri ciddi şəkildə gərginləşdirə bilməyəcək qədər cazibədar bazardır. Amma şərab, pendirlər, delikateslər barədə ...İndi Makron de Qollu təqlid edəcək və Fransa yenidən NATO -nun hərbi strukturundan çıxacaq? Necəki, Makron Avropa ordusunun yaradılması barədə təkliflər səsləndirmişdi. Almanlar AB-nin gələcək ordusuna türk ordusunun qatılması fikrini bu səbəbdən ortaya atırlamı? Bu başa düşüləndir: Ərdoğan və Makronun simasında Fransanın yola getməməsi yüz dəfə nümayiş olunub.
Rusiyaya və onun maraqlarına qalsa, NATO-nu zəiflədən hər şey Moskva üçün ən azı sərfəlidir. Çin üçün də o cümlədən. Hansı səbəblərdən amerikalılar ayaqlarını fransızların üstünə silmək qərarına gəldilər, fərqi yoxudr. Ancaq Paris, Vaşinqtonda, Londonda və Kanberrada hər şeyin necə təşkil edildiyinə dair birincisi dəfə olmasa da, daha bir dərs aldı. İstəsələr nüvə sualtı qayıqlarını İrana və ya Şimali Koreyaya sata bilərlər. Hər halda Çinin onlara ehtiyacı yoxdur, çünki onlar bu barədə ruslarla işləyirlər. Belarusiyanın dənizi yoxdur, Ukraynanın isə pulu yoxdur.

Ülviyyə, 

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR